Həmişə salavat deyən olaq
Salavat duanın kamil olmasına səbəbdir.
Salavat insan ruhuna can verir
Salavat insanın (Allaha) yaxınlaşmasına səbəb olur.
Salavat insanın Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və Əhli-beytə (əleyhimus-səlam) yaxınlaşmasına səbəb olur.
Salavat namazın kamil olmasına səbəbdir.
Salavat duanın kamil olmasına səbəbdir.
Salavat ən gözəl ilahi zikirdir.
Salavat insanın behiştə daxil olmasına səbəb olur.
Salavat günahların yuyulmasına səbəb olur.
Salavat dünyəvi müşkül və çətinliklərin aradan getməsinə səbəb olur.
Salavat Qəbirdə bir nurdur.
Salavat Siratda bir nurdur.
Salavat Behiştdə bir nurdur.
Salavat Namazın qəbul olunmasına bais olar.
Salavat ağız qoxusunu ətirləndirir.
Salavat Qiyamət günündə əməllərin ən ağırıdır.
Onda gəlin salavat göndərmək və onu hədiyyə etməklə Allah, müqərrəb mələklər, Peyğəmbər (səlləllahu əleyhi və alihi) və məsumları sevindirək. Səyimiz bu olsun ki, hər bir yerdə: ailədə, cəmiyyətdə, idarə və mədrəsələrdə salavat göndərməklə o məkanı ətirləndirək. Həmişə salavat deyən olaq. Çünki salavat bizi və cəmiyyətimizi sığortalayandır və ən gözəl sığortadır.